İndoneziyada nikahdan əvvəl birgəyaşayış qadağan edilir

Operativ Media
İndoneziyada nikahdan əvvəl birgəyaşayış qadağan edilir

İndoneziya parlamentinin nikahdan kənar cinsi əlaqəni bir ilə qədər həbs ilə cəzalandıran yeni cinayət məcəlləsini qəbul edəcəyi gözlənilir.

"Operativ Media" "Reuters"ə istinadən xəbər verir ki, qanunvericilikdə dəyişiklik həmçinin prezidenti və ya dövlət qurumlarını təhqir etməyi və İndoneziyanın dövlət ideologiyasına zidd olan hər hansı fikirlərin ifadəsini qadağan edəcək. Ölkədə nikahdan əvvəl birgə yaşamağa icazə verilməyəcək.

İndoneziyanın ədliyyə nazirinin müavini Edvard Ömər Şərif Hiariej "Reuters" agentliyinə bildirib ki, onilliklər ərzində hazırlanmaqda olan yeni cinayət məcəlləsinin dekabrın 15-də qəbul ediləcəyi gözlənilir.

"Biz İndoneziya dəyərlərinə uyğun cinayət məcəlləmizə malik olmaqdan qürur duyuruq"-deyə o bildirib.

Digər xəbərlər