Almaniya kansleri Olaf Şolts 2024-cü ilin əvvəlində öz postunu tərk edə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, Şolts 2024-cü ildə təqaüdə çıxa bilər və bu reallaşarsa, onu bu yaxınlarda ən populyar alman siyasətçilərinin reytinqinə başçılıq edən müdafiə naziri Boris Pistorius əvəz edəcək.
"Kanslerin istefasına səbəb Wirecard və onun rəhbəri Yan Marsalek (hazırda Moskvada gizlənir -red.) ilə bağlı 2020-ci ildə yaşanan qalmaqal ola bilər. O zaman Federal İqtisadiyyat Nazirliyinə rəhbərlik edən Şolts olub və problemə "diqqət etməyib". Sözügedən qalmaqal İkinci Dünya Müharibəsindən sonra Almaniya tarixindəki ən böyük saxtakarlıq hadisəsi kimi tarixə düşüb", - nəşr qeyd edib.