Fidan: Qərbin Ukrayna və Qəzzə ilə bağlı mövqeləri ikiüzlülüyün zirvəsidir
"Qərb Qəzzada nizamlanma məsələsində bütün reputasiyasını puç edib. Qərb ölkələrinin Ukrayna və Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeləri arasındakı ziddiyyət ikiüzlülüyün zirvəsidir".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
"Qərb Qəzzanın timsalında bütün nüfuzunu puç etdi, insanlığın, xüsusən də bizim nəslin gözündə toplanmış bütün etibar kreditlərini tükətdi. Ukrayna və Rusiya arasındakı münaqişə məsələsində Qərb ölkələrinin tutduğu mövqe və Qəzzada olanlarla bağlı tamamilə zidd mövqeyi ikiüzlülüyün zirvəsidir. Onlar Qərbdə prinsiplər və əxlaq haqqında danışa bilməzlər, çünki onlara tamamilə məhəl qoymurlar. Bütün bunlar, görünür, ciddi geostrateji dəyişikliyə zəmin yaradır", - Fidan qeyd edib.
Türkiyənin xarici işlər naziri İslam dünyasının Qəzzə böhranının sülh yolu ilə həlli istiqamətində səylərinə diqqət çəkərək, region ölkələrinin xarici işlər nazirləri səviyyəsində təmas qrupunun yaradılmasını xatırladıb: "Birgə fəaliyyət göstərməyimiz bizə ortaq mövqe və baxış birliyini qoruyub saxlamağa imkan verdi".
Teqlər:
"Fidan: Q\u0259rbin Ukrayna v\u0259 Q\u0259zz\u0259 il\u0259 ba\u011fl\u0131 m\u00f6vqel\u0259ri iki\u00fczl\u00fcl\u00fcy\u00fcn zirv\u0259sidir"