http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qərbi Azərbaycan İcmasından ABŞ dövlət katibinə cavab: “Siyahını qətiyyətlə rədd edirik”

05 Yanvar 2024 , 11:12
Qərbi Azərbaycan İcmasından ABŞ dövlət katibinə cavab: “Siyahını qətiyyətlə rədd edirik”

ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir.
Əvvəla, heç kim ABŞ-yə dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və ABŞ-nin belə bir praktikadan istifadə etməsi yalançı “amerikan müstəsnalığı”nın təzahürüdür.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.

Bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə düşük siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur.

“Amerikan ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan, insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə sarsıldığı bir vaxtda ABŞ-nin özü kimdən, nədən “narahatdır”, bax, bunu başa düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla, özünün daxili problemləri ilə məşğul olsun.

ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana qarşı bir-birinin ardınca düşmən addımlar atır.

ABŞ-nin din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu qətiyyətlə rədd edirik”.

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Menyu