Menyu

Cənubi Koreya polisi ölkə prezidentinin ofisinə soxulmaq cəhdinin qarşısını alıb

Cənubi Koreya polisi ölkə prezidentinin ofisinə soxulmaq cəhdinin qarşısını alıb

Sol təmayüllü tələbə dərnəyinin üzvləri Cənubi Koreya prezidenti Yoon Seok-yeolun ofisinə girməyə cəhd ediblər.

“Operativ Media” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumatda onların polis tərəfindən saxlanıldığı qeyd olunub: “Seul Yongsan Rayon Polis İdarəsinin əməkdaşları Koreya Tələbə Mütərəqqi Birliyinin 20 üzvünü binaya qanunsuz daxil olmaqda ittiham edərək cinayət başında saxlayıblar”.

Bildirilib ki, tələbələr prezident aparatının qarşısına toplaşaraq müxtəlif şüarlar səsləndiriblər, o cümlədən prezidentin istefasını və həyat yoldaşı Kim Qun Henin maliyyə fırıldaqçılığı ilə bağlı xüsusi araşdırma aparılmasını tələb ediblər.

Tələbə həmkarlar ittifaqının üzvləri administrasiya işçiləri ilə görüş istəyiblər, bundan sonra onlar darvazalardan və hasardan binaya daxil olmağa başlayıblar. Onların bəziləri keçid məntəqəsindən keçə bilib, qalanları isə keçid məntəqəsinin qarşısında oturaq aksiya keçiriblər.

Polis saxlanılanları müxtəlif məntəqələrə aparıb. Hadisənin baş vermə şəraiti və motivləri müəyyənləşdirilir.

 

Sadiq Cavadov

Teqlər:

"C\u0259nubi Koreya polisi \u00f6lk\u0259 prezidentinin ofisin\u0259 soxulmaq c\u0259hdinin qar\u015f\u0131s\u0131n\u0131 al\u0131b"

Əlaqəli Xəbərlər