İrlandiyalı aktyor Killian Mörfi “Oppenheymer” (2023) filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.
"Operativ Media" xəbər verir ki, film həmçinin “Ən Yaxşı Dram Filmi” nominasiyasında da namizəddir.
Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir.
Rejissor Kristofer Nolan “Qara cəngavər”, “Başlanğıc”, “İnterstellar” kimi filmlərin müəllifidir.
Xatırladaq ki, əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci sırada dayanan “Qızıl qlobus” 1942-ci ildən etibarən Hollivudda akkreditə olunmuş 50 ölkəni təmsil edən jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir.
Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir
Teqlər:
"\u0130rlandiyal\u0131 aktyor \"Q\u0131z\u0131l Qlobus\u201da layiq g\u00f6r\u00fcl\u00fcb"