Menyu

Masallıda meşədə "Kalaşnikov" tapılıb

Masallıda meşədə "Kalaşnikov" tapılıb
1 dəq oxu

Masallı rayonu ərazisindəki meşə dolayından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan sellofan torbaya bükülmüş 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Əlaqəli Xəbərlər