DGK sədrinin vətəndaş qəbulunun tarixi dəyişib
Nərmin Qocamanlı
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yanvarın 26-na nəzərdə tutulmuş vətəndaş qəbulu yanvarın 25-nə keçirilib.
"Operativ Media" DGK-ya istinadən xəbər verir ki, Ş. Bağırov yanvarın 25-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Şəmkir və Gədəbəy rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net