Psixoloq: "Hər kəs panik atak keçirə bilər"

Nərmin Qocamanlı
Psixoloq: "Hər kəs panik atak keçirə bilər"

Panik atak ani meydana gələn qorxu və gərginlik hissidir. Beynin hər hansısa təhlükə hiss etdiyi zaman bədən ona panik atakla reaksiya verir. Bəzən ətrafdakılar bunu hiss etməsə də, şəxs özü dərin bir narahatlıq içində olur və beyni vəziyyəti dərk etmək yerinə, mənfi düşüncələrə köklənir.

"Operativ Media"ya açıqlama verən psixoloq Aygün Ağabalayeva bildirib ki, panik atak keçirən insan həmin an öləcəyini düşünür:

ocr

"Panik atak gözlənilmədən baş verir. Bu zamanı insan infarkt keçirəyini, dəli olacağını, ya da ürəyi gedib yıxılacağını düşünür. Bundan əlavə, şəxs məsələn, hansısa nəqliyyat vasitəsində panik atak yaşayırsa, sonradan həmin nəqliyyat vasitəsindən qorxur və minməkdən boyun qaçırır ki, birdən həmin hadisə yenə təkrarlanar. Panik atak keçirəndə insan ilk növbədə dərindən nəfəs ala bilmir. Boğulma hissi, ürək döyüntülərinin artması, titrəmələr yaranır, mədədə narahatçılıq, ürək bulanma, başın fırlanması müşahidə olunur və insan özünə nəzarəti itirir. Bu faktorlardan ən azı dördünün olması panik atak diaqnozu qoymağa kifayət edir.

Panik atak keçirən şəxslər ilk növbədə psixoloqa müraciət etməlidirlər. Əgər pasientlər müayinədən keçməyiblərsə, somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün mütləq şəkildə həkimə yönləndiririk. Təbii ki, bu, psixoloji hal olduğu üçün müayinə zamanı pasientlərdə heç bir ciddi problem ortaya çıxmır. Qeyd etmək lazımdır ki, hər bir insan panik atak keçirə bilər. Burada vacib olan şəxsin panik ataka münasibətini dəyişməkdir. Yəni bildirilir ki, bundan heç kim ölmür və ya dəli olmur".

Sevinc İbrahimzadə

 

Digər xəbərlər