24 Yanvar 2024, 16:14
Əmək müqavilələrinin sayı 38 faiz artıb
Əmək müqavilələrinin sayı 38 faiz artıb şəkil
Əmək müqavilələrinin sayı 38 faiz artıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib. Ötən il ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 mln. 809 minə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-cü ildə əməkhaqqı fondunda daha 15 faiz artım qeydə alınıb.

"Ümumilikdə 2018-2023-cü illər ərzində əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu