Menyu

"Samsung" daha ucuz qatlanan smartfonu təqdim edəcək

Nərmin Qocamanlı
"Samsung" daha ucuz qatlanan smartfonu təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti 2024-cü ildə sərfəli qiymətə qatlanan smartfon buraxmağı planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə Koreyanın “The Elec” nəşri məlumat yayıb.

Elan edilən məlumatlara görə, cihaz ilk modeli 2019-cu ildə çıxan Galaxy Z Fold smartfon-planşetinin ucuz versiyası olacaq. Mütəxəssislər ucuz qatlanan cihazın buraxılmasının əsas səbəbini Çin bazarında yerli istehsalçıların tətbiq etdiyi yüksək rəqabətlə əlaqələndiriblər. Təqdim olacaq cihaz isə sonuncu Galaxy Z Fold və Galaxy Z Flip modellərindən nəzərə çarpacaq dərəcədə ucuz olacaq.

Eyni zamanda, şirkət Galaxy Z Flip qapaqlı modelinin sərfəli versiyasını hazırlamayacaq. "The Elec"in ekspertləri hesab edirlər ki, model bazarda kifayət qədər möhkəmlənib və ucuz modifikasiyaya ehtiyac yoxdur. 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər