http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Xroniki yorğunluq tez qocalmaya səbəb olur" - HƏKİM

25 Yanvar 2024 , 15:45
"Xroniki yorğunluq tez qocalmaya səbəb olur" - HƏKİM

Son illərdə çox insan yorğunluqdan şikayətlənir ki, bu, əslində, müəyyən bir xəstəlikdən xəbər verə ola bilər. Bəzən qısa istirahətlərdən sonra keçən, bəzən də uzun müddət davam edən yorğunluq hissinin  “xroniki yorğunluğa” çevrilməsi mümkündür. İnsanın bir işi görərkən kifayət qədər fiziki və ya psixoloji enerji tapa bilmədiyi hallara yorğunluq deyilir. Bu yorğunluq səhər tezdən yatmağınıza baxmayaraq, səhər oyandığınız andan günortaya qədər bütün enerjinizin tükənməsi olaraq təyin olunur. Yorğunluğun psixi, fiziki və xroniki olaraq 3 növü var.

Bəs xroniki yorğunluğun əlamətləri nədir və bundan necə xilas olmaq olar? 

Mövzu ilə əlaqədar nevroloq Qalib Əsədov "Operativ Media"ya bildirib ki, alimlərin fikrincə, insan 10 saat və daha çox işləyirsə, onda xroniki yorğunluq sindromu yarana bilər:

297826825_878359130219646_8172170518098739827_n.jpg?ccb=11-4&oh=01_AdRM_Caz8C3ns3q_4hPNSdoJsW9T-P2HoN3ddl8BeKDeTA&oe=65BF464A&_nc_sid=e6ed6c&_nc_cat=111

"Yəni biz istirahət etdikdə işlə məşğul olmalı deyilik.  Hətta əgər insan 10 saatdan çox işləməsinə baxmayaraq, yenə iş barədə düşünürsə, bu belə artıq xroniki yorğunluq sindromunun yaranmasına səbəb olur. Xroiki yorğunluğun əlamətləri birinci növbədə yuxusuzluqdur. İnsanın yuxusu qaçır, gərgin və əsəbi olur, əmək qabiliyyəti aşağı düşür, iştahı pozulur, baş ağrıları, baş gicəllənməsi ola bilər, qan təzyiqi yüksələ və yaxud qulaqlarında küy əmələ gələ bilər. Halı, əhval-ruhiyyəsi aşağı düşə, depressivləşə bilər.

Xroniki yorğunluq sindromunu aradan qaldırmaq üçün ən yaxşı və ilkin variant istirahətdir. Hətta məsələ burasındadır ki, biz istirahətdə olanda belə iş barədə düşünürük. Daim cib telefonu yanımızdadır, tez-tez işlə bağlı zənglər gəlir və normal dincələ bilmirik. Əgər siz  məzuniyyətdəsinizsə və yaxud da sadəcə istirahət etmək istəyirsinizsə, yaxşı olar ki, mobil telefonunuzu söndürəsiniz və sözün həqiqi mənasında istirahət edəsiniz. Məsələ burasındadır ki, bir çox insan istirahət dedikdə yeyib-içməyi düşünür və bu zaman çoxlu alkoqol qəbul edir. Alkoqollu içkilər xroniki yorğunluq sindromunu daha da ağırlaşdırır və həmin əlamətlərin daha da kəskinləşməsinə səbəb olur. Əsl istirahət insanın zövq aldığı işlə məşğul olmasıdır. Yəni kimsə idman etməyi, üzməyi, balıq tutmağı sevirsə, yaxud hansısa bir hobbisi varsa, məsələn, marka yığmaq, kitab oxumaq, rəqs etmək onun üçün istirahət hesab olunur. Bunları etməsinə rəğmən əlamətlər keçmirsə, bu zaman mütəxəssisə müraciət etməlidir".

Həkim qeyd edib ki, xroniki yorğunluq qaraciyərə, ürəyə, həzm sisteminə, bir sözlə, bütün orqanizmə mənfi təsir edir və tez qocalmaya gətirib çıxarır.

 

OXŞAR XƏBƏRLƏR
Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Şəkidə iki nəfər güllələndi

Şəkidə iki nəfər güllələndi

XƏBƏR LENTİ
  • 19:18

    Prezident: İqlim problemlərinin həllinə töhfə üçün səylərimizi əsirgəməməliyik
  • 19:00

    Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB
  • 18:52

    Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov
  • 18:43

    Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb
    Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb
  • 18:24

    Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
  • 18:21

    Şəkidə iki nəfər güllələndi
    Şəkidə iki nəfər güllələndi
  • 17:35

    Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır - BMT-nin Baş katibi
  • 17:26

    Avropa Komissiyasının rəsmisi Ağdamda minatəmizləmə prosesi ilə tanış olub
    Avropa Komissiyasının rəsmisi Ağdamda minatəmizləmə prosesi ilə tanış olub
Menyu