Menyu

Yermak yenidən Ukraynanı NATO-ya dəvət etməyə çağırıb

Yermak yenidən Ukraynanı NATO-ya dəvət etməyə çağırıb

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Münxen Konfransı çərçivəsində Ukraynanın təhlükəsizliyi və Avroatlantik inteqrasiyası üzrə beynəlxalq işçi qrupunun üzvlərinin iclasında növbəti dəfə Kiyevin təcili NATO-ya dəvət edilməsinə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident Aparatının rəhbəri Andriy Yermak 2009-2014-cü illərdə NATO-nun baş katibi olmuş Anders Foq Rasmussen ilə birlikdə Ukraynanın təhlükəsizlik və Avroatlantik inteqrasiyası üzrə beynəlxalq işçi qrupunun iclasını keçirib", - deyə məlumatda qeyd edilib.

Yermak görüşdə deyib: "Ukraynanın NATO-ya ehtiyacı var, lakin alyansın da Ukraynaya ehtiyacı var və mümkün qədər tez qəbul olunmalıdır". 

Onun sözlərinə görə, Ukraynaya dəvət NATO müttəfiqləri tərəfindən qətiyyət siqnalı olar. Prezident aparatının rəhbəri həmçinin Ukraynanın kifayət qədər silah və sursatla təmin olunmasının zəruriliyinə diqqət çəkib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər