19 Fevral 2024, 11:55
1064
Bakı-Sumqayıt-Bakı mövcud yoluna alternativ "Yeni yol" layihəsi təqdim olunub
Bakı-Sumqayıt-Bakı mövcud yoluna alternativ "Yeni yol" layihəsi təqdim olunub şəkil
Bakı-Sumqayıt-Bakı mövcud yoluna alternativ "Yeni yol" layihəsi təqdim olunub

Nəqliyyat eksperti Aslan Əsədov mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativ "Yeni yol" layihəsini təklif edib.

"Operativ Media" xəbər verir ki, layihənin əsas məqsədi şəhər yollarında tıxac məsələsinin həllinə dəstək olmaqdır.

Layihə müəllifi bildirib ki, Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqədi və Abşeron rayonu ərazilərini əhatə edir:

"1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır. 
İlkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb".

A. Əsədov qeyd edib ki, təklif etdiyi "Yeni yol" layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq:

"Yeni yol çəkilərsə, ərazidə Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşurut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq".

Sevinc İbrahimzadə

Son xəbərlər
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək