Menyu

Tanınmış Çin şirkəti yeni smartfonlar hazırlamaqdan imtina edib

Nərmin Qocamanlı
Tanınmış Çin şirkəti yeni smartfonlar hazırlamaqdan imtina edib

Çinin məşhur texnologiya şirkəti "Meizu" yeni smartfonların yaradılmasından imtina etməyə və süni intellekt (AI) sahəsindəki inkişaflara diqqət yetirməyə qərar verib.

"Operativ Media" xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb. Şirkətin yeni strategiyası “Hər şey Süni intellekt haqqında” adlanır.

"Meizu" şirkətinin baş direktoru Şen Tzuyu bildirib ki, şirkət mobil telefon istehsalçısından ekosistem tərtibatçısına çevrilib. Məsələn, "Meizu" immersiv texnologiyaları uğurla mənimsəmiş və MYVU brendi ilə AR eynək bazarında aparıcı mövqelərdən birini tutmağı bacarıb.

Tzuyu həmçinin qeyd edib ki, smartfon bazarı hazırda son dərəcə çətin vəziyyətdədir. O, xüsusilə smartfondan istifadə dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə artığına diqqət çəkərək bazarın ən yaxşı oyunçuları arasında rəqabəti silah yarışına bənzədib.

Smartfon biznesindən ayrılmağa qərar verən "Meizu" şirkəti süni intellekt sahəsində tam ixtisaslaşmağı hədəfləyir. Transformasiya çərçivəsində şirkət bu il yeni əməliyyat sistemini, eləcə də bu sistem üzrə işləyən məhsulları təqdim edəcək.

Teqlər:

"Tan\u0131nm\u0131\u015f \u00c7in \u015firk\u0259ti yeni smartfonlar haz\u0131rlamaqdan imtina edib"

Əlaqəli Xəbərlər