"WhatsApp"a yeni funksiya gəlir

Android üçün "WhatsApp"ın ən son beta versiyası insanların qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq üçün yenilənmiş Status tabını əlavə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə GizmoChina məlumat yayıb.
Statuslar "WhatsApp" istifadəçilərinin öz profillərinə yerləşdirə biləcəyi şaquli video və fotoşəkillərdir. Statuslar "Instagram" hekayələrinə bənzəyir.
Yenilənmiş interfeys displeylərini əhəmiyyətli dərəcədə dəyişir. Əvvəlki versiyadan fərqli olaraq, yeni dizayn daha intuitiv yanaşma tətbiq edir. Bütün yeni statuslar indi söhbət siyahısının yuxarısındakı "Yeniləmələr" bölməsində toplanır. Əvvəllər hər bir istifadəçinin statusuna baxmaq üçün onun profilinə ayrıca daxil olmalı idin.
Yeni dizayn əvvəlki versiyada səmərəsizliyi və intuitivliyin olmadığını qeyd edən istifadəçilərin rəyinə cavab olaraq təklif edilib.
Hazırda sözügedən interfeys sınaqdan keçirilir və sadəcə kiçik bir qrup beta testerləri üçün əlçatandır. Onun "WhatsApp"ın stabil versiyasına daxil edilməsi alınan rəydən və tələb olunan təkmilləşdirmələrin həcmindən asılı olacaq.