Menyu

Aİ Komissiyası "TikTok"a qarşı icraata başlayıb

Nərmin Qocamanlı
Aİ Komissiyası "TikTok"a qarşı icraata başlayıb

Aİ səlahiyyətliləri "TikTok"u təbliğat, radikal ideologiyalar və sui-qəsd nəzəriyyələri yaymaqda şübhəli bilirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə "BILD" məlumat yayıb.

Proqramın yaradıcıları yetkinlik yaşına çatmayanların müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunurlar.

Fevralın 17-də Aİ-də onlayn platformalar üçün tələbləri sərtləşdirən qanun qüvvəyə minib.

AB səlahiyyətliləri tərəfindən proqramın radikal ideologiyalar və sui-qəsd nəzəriyyələri üçün yetişdirici yerə çevrildiyinə inanılır. Burada antisemitizmi və ya HƏMAS-ı dəstəkləyən filtrsiz təbliğat materialları da yerləşdirilir.

Bundan əlavə, "TikTok"da tez-tez huşunu itirənə qədər özünü boğmaq və ya litrlərlə süd içməyə çalışmaq kimi həyat üçün təhlükəli hərəkətlər etməyi təklif edən videolar görünür.

Belə davam etdiyi halda Aİ-nin yeni qanununun pozulması milyardlarla cərimələrə səbəb ola bilər.

Teqlər:

"A\u0130 Komissiyas\u0131 \"TikTok\"a qar\u015f\u0131 icraata ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər