http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib

24 Fevral 2024 , 10:58
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Dohada keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir.

Nazirlikdən “Operativ Media”ya verilən xəbərə görə, Mədəniyyət Günləri çərçivəsində fevralın 23-də Doha şəhərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə təntənəli qala-konsert keçirilib.

Azərbaycan və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, ölkəmizdən gəlmiş qonaqlar, yerli ziyalılar və başqaları konserti izləyiblər.

Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin ifası ilə başlayıb. Daha sonra Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Rauf Hacıyev, Emin Sabitoğlu, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri böyük məharətlə ifa olunub.

Solistlər Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (qanun), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmovanın çıxışları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyəti Günləri fevralın 24-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR
“Titanic”in aktyoru vəfat edib

“Titanic”in aktyoru vəfat edib

Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür - Baş katib

Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür - Baş katib

Mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir - TÜRKPA-nın baş katibi

Mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir - TÜRKPA-nın baş katibi

XƏBƏR LENTİ
  • 10:28

    DİM: Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır
  • 10:25

    Pərviz Şahbazov Ağcabədidə qəbul keçirəcək
  • 10:22

    Mirzoyan Macarıstana rəsmi səfərə gedəcək
  • 10:22

    "Beşiktaş" dünya çempionunu heyətinə qatmaq istəyir
  • 10:19

    Ağdaşda mağaza yanıb
  • 10:14

    Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb
  • 10:09

    Azərbaycan Fintex Assosiasiyasının "Fintech Talks" layihəsinin ilk görüşü keçirilib - FOTO
  • 10:04

    Türkiyə Böyük Millət Məclisinin sədri Meksikada görüşlər keçirəcək
Menyu