Komissiya Ermənistan konstitusiyasının dəyişdirilməsini müzakirə edəcək
Ermənistanın Konstitusiya islahatları komissiyası martın 1-də ölkənin yeni əsas qanunun hazırlanması məsələsini müzakirə edəcək.
“Operativ Media” bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
"Ermənistanın baş naziri Nikol Paşinyan bu işlə məşğul olacaq yeni şura yaratmayacaq. Çünki vaxt azdır", - KİV yazıb.
Qeyd edək ki, Ermənistanın hazırkı Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşıiddialar var.
Rəsmi Bakı isə iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistanın qanunvericiliyinin dəyişdirilməsini tələb edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net