Menyu

Navalnının nəşi anasına verilib

Navalnının nəşi anasına verilib

Aleksey Navalnının nəşi anasına verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.

Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb.

Xatırladaq ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.

Teqlər:

"Navaln\u0131n\u0131n n\u0259\u015fi anas\u0131na verilib"

Əlaqəli Xəbərlər