Menyu

ABŞ qüvvələri və müttəfiqləri Yəmənə yeni zərbələr endirib

ABŞ qüvvələri və müttəfiqləri Yəmənə yeni zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya, Yeni Zelandiya və Britaniya tərəfindən dəstəklənən qüvvələrlə birlikdə fevralın 24-də Səna vaxtı ilə təxminən səhər saat 11:50-də Yəməndə Husilərin 18 hədəfinə zərbələr endirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi Husilərin yeraltı silahları, raket anbarları, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, radarlar və helikopterlər olub.

"Bu zərbələr Husilərin imkanlarını zəiflətmək və onların Qırmızı dəniz, Bab əl Məndeb boğazı və Ədən körfəzində beynəlxalq ticarət, ABŞ və Böyük Britaniya gəmilərinə qarşı davam edən ehtiyatsız və qanunsuz hücumlarını dayandırmaq üçün nəzərdə tutulub", - CENTCOM-un açıqlamasında deyilir.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər