Menyu

Borell İsraili Qəzzada aclıqdan silah kimi istifadə etməkdə ittiham edib

Borell İsraili Qəzzada aclıqdan silah kimi istifadə etməkdə ittiham edib

"İsrail HƏMAS yaraqlılarının hücumuna qeyri-mütənasib cavab verib və Qəzza zolağında aclıqdan silah kimi istifadə edir".

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell bildirib.

İspaniyanın "El Pas" qəzetinə müsahibəsində o qeyd edib: "Biz artıq fəlakətin ortasındayıq. BMT humanitar yardımı dayandırmağa məcbur olub: İsrail aclıqdan silah kimi istifadə edir və bu, beynəlxalq hüquqa ziddir. Qəzza yerlə-yeksan edildi: güc tətbiqi qeyri-mütənasibdir".

Borell İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağı ilə bağlı planlarını "qəbuledilməz" hesab edib: "Nəsillər üçün nifrət toxumları səpilir. Heç kimə sirr deyil ki, israillilər HƏMAS-ı maliyyələşdiriblər və fələstinlilərin parçalanmasında rol oynayıblar", - Aİ diplomatiyasının rəhbəri bildirib.

Teqlər:

"Borell \u0130sraili Q\u0259zzada acl\u0131qdan silah kimi istifad\u0259 etm\u0259kd\u0259 ittiham edib"

Əlaqəli Xəbərlər