Menyu

Alman freqatı Qırmızı dənizdə təhlükəsizlik missiyasına başlayır

Alman freqatı Qırmızı dənizdə təhlükəsizlik missiyasına başlayır

Almaniyanın "Hesse" freqatı Avropa İttifaqının (Aİ) "Aspides" hərbi əməliyyatı çərçivəsində Qırmızı dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün missiyaya başlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Bundesverin (Almaniya Silahlı Qüvvələri) mətbuat xidməti məlumat yayıb.

"Hesse" freqatı Qırmızı dənizə çatıb. Onun dəniz yollarının təhlükəsizliyini təmin etmək missiyası başlayır", - Bundesverın bəyanatında deyilir.

Fevralın 8-də Almaniyanın müdafiə naziri Boris Pistorius "Hesse" gəmisinin "Aspides" əməliyyatında iştirak etmək üçün Almaniyanın Vilhelmshaven limanından yola düşdüyünü açıqlayıb. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, gəminin göyərtəsində 240-a yaxın hərbçi var. 
 

Teqlər:

"Alman freqat\u0131 Q\u0131rm\u0131z\u0131 d\u0259nizd\u0259 t\u0259hl\u00fck\u0259sizlik missiyas\u0131na ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər