Qırğızıstanda ölülərin yandırılmasına icazə verilib
Nərmin Qocamanlı
Qırğızıstanda dövlət krematoriyaları tikiləcək.
"Operativ Media" 24.kg-ya istinadən xəbər verir ki, bu barədə Joqorku Keneşin deputatı Marlen Mamatəliyev brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ölənlərin yandırılmasının lazım olduğu qənaətində olanların müəyyən faizi var. Ona görə də “Dəfn və dəfn işi haqqında” Qanunda krematoriyaların tikintisi ilə bağlı bənd nəzərdə tutulub.
O əlavə edib ki, qanun layihəsinin qəbulundan sonra altı ay ərzində ayrı-ayrı müddəalar, əsasnamələr, hüquqi aktlar hazırlanacaq.