Menyu

ABŞ qlobal müharibəyə hazırlaşarkən ordusunu yenidən strukturlaşdırır

Nərmin Qocamanlı
ABŞ qlobal müharibəyə hazırlaşarkən ordusunu yenidən strukturlaşdırır

ABŞ ordusu mümkün qlobal münaqişəyə hazırlıq məqsədilə böyük yenidənqurma prosesindən keçir.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ ordusunun katibi Kristin Vormut deyib.

O bildirib ki, bu proqram çərçivəsində 7,5 min hərbçi orduya qatılacaq:

"Birləşmiş Ştatlar əvvəllər üsyançılar və terrorçularla mübarizəni əhatə edən xarici siyasətini yenidən istiqamətləndirmək istəyir. Bunun üçün Pentaqon müvafiq əməliyyatların aparılması ilə bağlı təxminən 24 min boş və ya aidiyyəti olmayan vəzifəni bağlayacaq.

Əvəzində Pentaqon 7 500 hərbçi işə götürəcək və bütün dünyada beş yeni işçi qrupu yaradacaq. Hava hücumundan müdafiə, PUA-lara qarşı, həmçinin kiberməkan və kəşfiyyat üzrə mütəxəssislərə üstünlük veriləcək. Hazırda ABŞ Silahlı Qüvvələrinin təxminən 445 min hərbi personalı və 494 minə qədər əsgəri dəstəkləmək gücü olduğu üçün ixtisarlar insanlara təsir etməyəcək. Ölkənin aktiv ordusunun 5 il ərzində 470 min nəfərə çatacağı gözlənilir", - deyə qeyd edib.

Teqlər:

"AB\u015e qlobal m\u00fcharib\u0259y\u0259 haz\u0131rla\u015fark\u0259n ordusunu yenid\u0259n strukturla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər