Menyu

Qazaxıstan Qırğızıstana humanitar yardım olaraq 2 min ton yanacaq göndərəcək

Qazaxıstan Qırğızıstana humanitar yardım olaraq 2 min ton yanacaq göndərəcək

Qazaxıstan hakimiyyəti Bişkek İES-də baş vermiş qəza ilə bağlı Qırğızıstana humanitar yardım olaraq 2 min ton dizel yanacağı göndərəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına uyğun olaraq, Bişkek İES-də baş vermiş qəzanın aradan qaldırılmasında Qırğızıstan Respublikasına dəstək məqsədilə dövlət maddi ehtiyatından dizel yanacağı şəklində 2 min ton humanitar yük ayrılıb. Fevralın 28-də Ehtiyat Respublika Dövlət Müəssisəsinin Zarya filialından 17 vaqonda min ton həcmində dizel yanacağının birinci partiyası yola salınıb", - məlumatda deyilir.

Bildirilib ki, humanitar yük Qırğızıstanın Energetika Nazirliyinin nümayəndələrinə təhvil veriləcək.

Qeyd edək ki, Bişkek İES-də fevralın 2-nə keçən gecə qəza baş verib. Partlayışdan sonra obyektdəki köhnə binada yanğın baş verib, yanğın iki saat ərzində söndürülüb. İstilik elektrik stansiyasının 5 əməkdaşı xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Fövqəladə vəziyyətlə əlaqədar bir sıra məhəllələrə isti su və qismən istilik verilişi dayandırılıb. Fevralın 7-də istilik və isti suyun verilməsi bərpa olunub. 

Teqlər:

"Qazax\u0131stan Q\u0131r\u011f\u0131z\u0131stana humanitar yard\u0131m olaraq 2 min ton yanacaq g\u00f6nd\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər