Pentaqon Rusiyanın nüvə arsenalını "ən böyük" adlandırıb
"Rusiya ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Strateji Komandanlığının (STRATCOM) rəhbəri, Hərbi Hava Qüvvələrinin generalı Entoni Kotton deyib.
"Rusiya hazırda istənilən ölkənin ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir. 2023-cü ilin sentyabrında o, Sarmat qitələrarası ballistik raketlərinin döyüş növbətçiliyinə verildiyini elan etdi", - Kotton bildirib.
Bundan əlavə, Kotton Rusiya Federasiyasının raket daşıyan nüvə sualtı qayıqlarını qəbul etdiyinə də diqqət çəkib.
"O, ənənəvi nüvə triadasından başqa öz nüvə imkanlarını modernləşdirir və genişləndirir", - Kotton əlavə edib.
Onun sözlərinə görə, bu, xüsusən də “Kinjal” və “Zirkon” hipersəs raket sistemlərinə aiddir: "Bu hipersəs sistemləri Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edir".
Eyni zamanda, Çin haqqında danışan STRATCOM rəhbəri bildirib ki, ÇXR-in nüvə sahəsində uzunmüddətli strategiyası və ehtiyacları qeyri-müəyyən olaraq qalır.
Onun sözlərinə görə, Pekin öz nüvə arsenalını artırmağa çalışır.