Ostin: Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa toqquşma riski yaradacaq
Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi yarada bilər.
"Operativ Media" xəbər verir ki, bu qiymətləndirməni ABŞ-nin müdafiə naziri Lloyd Ostin yanvarın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində xəstəxanaya yerləşdirilməsinə aydınlıq gətirmək üçün keçirilən dinləmələrdə edib.
Ostinin sözlərinə görə, Ukrayna məğlub olarsa, Rusiya rəhbərliyi dayanmayacaq: "Açığı, Ukrayna uduzsa, mən əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək".
Teqlər:
"Ostin: Ukraynan\u0131n m\u0259\u011flubiyy\u0259ti Rusiya il\u0259 NATO aras\u0131nda birba\u015fa toqqu\u015fma riski yaradacaq"