Menyu

Rusiya: Qəzzada axan qan dayandırılmalıdır

Rusiya: Qəzzada axan qan dayandırılmalıdır

"Qəzza zolağında axan qanların dayandırılması lazımdır. Qəzza zolağı görünməmiş zorakılıq dalğası ilə sarsıldı".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Qəzza zolağındakı vəziyyətə toxunan Lavrov, son aylarda Qəzzada təxminən 30 min adamın öldüyünü, onların əksəriyyətinin mülki qadın və uşaq olduğunu, yaralananların sayının isə 70 mini keçdiyini bildirib: "Humanitar fəlakətin əhatə dairəsi genişlənir".

ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada atəşkəslə bağlı qərar qəbul etməsinə mane olduğunu bildirən Lavrov, Fələstin və İsrail arasında birbaşa dialoqun tərəfdarı olduqlarını bildirib.

Fələstin dövlətinin qurulması lazım olduğunu bildirən Lavrov qeyd edib: "Fələstinlilər 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan dövlət qurmaq hüququndan istifadə etməlidirlər, lakin beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşma bölgədə davamlı sülhü təmin edə bilər".

Fələstinlilər arasında birliyin əldə edilməsinin vacibliyinə işarə edən Lavrov buna heç kimin mane olmadığını deyib.

Fələstin prezidenti Mahmud Abbasa yeni kabinetin yaradılması səylərində uğurlar arzulayan Lavrov yeni kabinetin Fələstin xalqının maraqlarını müdafiə edəcəyinə və fikir ayrılıqlarını aradan qaldıracağına ümid etdiyini bildirib.

Teqlər:

"Rusiya: Q\u0259zzada axan qan dayand\u0131r\u0131lmal\u0131d\u0131r"

Əlaqəli Xəbərlər