Menyu

Yunanıstanda tələbələr və müəllimlər 8-ci dəfə küçələrə çıxıblar

Yunanıstanda tələbələr və müəllimlər 8-ci dəfə küçələrə çıxıblar

Yunanıstanda tələbələr və təhsil işçiləri hökumətin üzərində işlədiyi və ölkədə özəl universitetlərin açılmasına icazə verəcək qanun layihəsinə qarşı 8-ci dəfə etiraz aksiyası keçiriblər.

"Operativ Media" xəbər verir ki, paytaxt Afinada toplaşan tələbələr və təhsil işçiləri etiraz yürüşü keçiriblər.

Etirazçılar hökumətin parlamentdə qəbul etməyi planlaşdırdığı özəl universitetlər haqqında yeni qanun layihəsinə qarşı olduqlarını bildiriblər və təhsilə daha çox büdcə ayrılmasını tələb ediblər.

Digər tərəfdən, tələbələr ötən il fevralın 28-nə keçən gecə Larisa yaxınlığındakı Tempi bölgəsində baş verən qatar qəzasında həyatını itirən 57 nəfərin adını parlament binası önünə qırmızı boya ilə yazıblar.

Qeyd edək ki, Yunanıstanda özəl universitetlər yoxdur. Ali təhsil səviyyəsində "kollec" adı ilə xidmət göstərən təhsil müəssisələrinin diplomları ölkədə tanınmır.

Hökumət ölkədə özəl universitetlərin fəaliyyət göstərməsinə və mövcud kolleclərin diplomlarının tanınmasına imkan verən qanun layihəsi üzərində işləyir.

Tələbələr və təhsil işçiləri isə 8 həftədir hər cümə axşamı təşkil etdikləri etiraz aksiyaları ilə özəl universitetlərlə bağlı yeni qanun layihəsinə öz reaksiyalarını bildirirlər.

Teqlər:

"Yunan\u0131standa t\u0259l\u0259b\u0259l\u0259r v\u0259 m\u00fc\u0259lliml\u0259r 8-ci d\u0259f\u0259 k\u00fc\u00e7\u0259l\u0259r\u0259 \u00e7\u0131x\u0131blar"

Əlaqəli Xəbərlər