Şolts: Ukraynada nə Almaniya ordusu, nə də NATO qoşunları olacaq
Almaniya kansleri Olaf Şolts Almaniya və NATO qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Şolts Drezdendə vətəndaşlarla dialoqu zamanı deyib.
"Biz müharibənin genişlənməsinə, yəni Rusiya ilə NATO arasında müharibəyə imkan verməyəcəyik. Mən yenə dedim və əvvəldən bunu açıqladım: Ukrayna torpaqlarında nə alman hərbçiləri, nə də NATO əsgərləri olacaq, çünki əks halda bu, təhlükə yarada bilər", - Şolts qeyd edib.
Teqlər:
"\u015eolts: Ukraynada n\u0259 Almaniya ordusu n\u0259 d\u0259 NATO qo\u015funlar\u0131 olacaq"