Menyu

Livanın baş naziri: Qəzzada atəşkəs sakitliyə yol açacaq

Livanın baş naziri: Qəzzada atəşkəs sakitliyə yol açacaq

"Martın 10-da başlayacaq Ramazan bayramı üçün gələn həftənin əvvəlində İsrail və HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasının əldə olunacağını gözləyirik".

"Operativ Media" xəbər verir ki, bunu Livanın baş naziri Nəcib Mikati bildirib. 

"Qəzzada atəşkəs bizə danışıqlara başlamaq üçün yol açacaq ki, bu da bizə Livanın cənubunda uzunmüddətli sakitliyə nail olmağa imkan verəcək", - deyə baş nazir qeyd edib. Mikatinin sözlərinə görə, yaxın günlərdə ABŞ Dövlət Departamentinin baş müşaviri Amos Hawksteen Beyruta gələcək və İsrail və Livan arasında sərhəd mübahisələrinin həllində vasitəçi kimi çıxış edəcək.

"Əgər Fələstin anklavında hərbi əməliyyatlar dayandırılsa, bizim uzunmüddətli sabitliyə nail olmaq üçün həftələrlə intensiv danışıqlarımız olacaq", - deyə Livanın baş naziri bildirib. Mikati vurğulayıb ki, o, İsrailin də eyni addımı atacağı təqdirdə Hizbullahın atəşi dayandıracağına əmindir.

Teqlər:

"Livan\u0131n ba\u015f naziri: Q\u0259zzada at\u0259\u015fk\u0259s sakitliy\u0259 yol a\u00e7acaq"

Əlaqəli Xəbərlər