Menyu

Türkmənistan və Rusiya XİN müavinləri təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər

Türkmənistan və Rusiya XİN müavinləri təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər

Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov və Rusiya XİN rəhbərinin müavini Sergey Verşinin cümə günü Aşqabadda Türkmənistan-Rusiya siyasi məsləhətləşmələrinin növbəti raundunu keçirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu kontekstdə ölkələrimiz arasında strateji xarakter daşıyan dostluq və etimad münasibətlərinin mütərəqqi dinamikası bildirilib. Xüsusilə, tərəflər ikitərəfli formatda və çoxtərəfli platformalarda təhlükəsizlik və yeni təhdidlərə qarşı mübarizə sahəsində Türkmənistan-Rusiya əməkdaşlığını müzakirə ediblər", - məlumatda qeyd edilib.

Diplomatlar beynəlxalq və regional siyasətin aktual aspektləri barədə də fikir mübadiləsi aparıb, regional təhlükəsizlik mövzusuna, xüsusilə sülh quruculuğunun inkişafı, Əfqanıstanda iqtisadi dirçəliş və siyasi sabitliyə diqqət yetiriblər. Görüşün sonunda tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm təmasların davam etdirilməsi barədə razılığa gəliblər. 

Teqlər:

"T\u00fcrkm\u0259nistan v\u0259 Rusiya X\u0130N m\u00fcavinl\u0259ri t\u0259hl\u00fck\u0259sizlik sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər