Orban: Ukrayna münaqişəsində zaman Rusiyanın tərəfindədir
Ukrayna münaqişəsində zaman Rusiyanın tərəfindədir, ona görə də Ukrayna və onunla birlikdə ona dəstək verən Avropa ölkələri hərbi əməliyyatları davam etdirməklə çətin vəziyyətə düşüb.
"Operativ Media" xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban Türkiyədə Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.
"Biz avropalılar indi çətin vəziyyətdəyik", - hökumət başçısı deyib.
Onun sözlərinə görə, Aİ ölkələri Ukraynadakı münaqişəni özlərinin müharibəsi kimi qəbul ediblər.
Orban davam Edib: "Mən inanıram ki, vaxt Ukraynanın tərəfində deyil. Zaman Rusiyanın tərəfindədir, ona görə də hərbi əməliyyatlar dərhal dayandırılmalıdır".
Teqlər:
"Orban: Ukrayna m\u00fcnaqi\u015f\u0259sind\u0259 zaman Rusiyan\u0131n t\u0259r\u0259find\u0259dir"