Bolqarıstan: Ukraynada münaqişənin gərginləşməsinə yol verilməməlidir
Bolqarıstan prezidenti Rumen Radev Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forumda vurğulayıb ki, Ukraynadakı münaqişənin həlli yalnız dialoq və diplomatiya yolu ilə mümkündür.
"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Regionumuzdakı münaqişələr və ziddiyyətlər nə qədər ciddi olsa da, onların həlli yalnız diplomatiya və dialoqun bərpası ilə mümkündür”, - Radev qeyd edib. Bolqarıstan Prezidenti vurğulayıb ki, gərginliyin artması fonunda, xüsusən də Ukrayna münaqişəsi və "dövlət liderlərinin son günlər həyəcanlandıran bəyanatları" fonunda dialoqun bərpası böyük əhəmiyyət kəsb edir.
Radev nüvə silahından istifadə təhlükəsinə də toxunub: "Heç bir halda bu münaqişənin həm ərazi, həm də yeni silahların tətbiqi ilə bağlı genişlənməsinə səbəb olacaq qərarlar qəbul etməməliyik".
Teqlər:
"Bolqar\u0131stan: Ukraynada m\u00fcnaqi\u015f\u0259nin g\u0259rginl\u0259\u015fm\u0259sin\u0259 yol verilm\u0259m\u0259lidir"