Menyu

Yunanıstan MN rəhbəri Ermənistana rəsmi səfər edəcək

Yunanıstan MN rəhbəri Ermənistana rəsmi səfər edəcək

Martın 1-də Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın Yunanıstandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq istiqamətində atılan və atılacaq addımları müzakirə ediblər. Bu kontekstdə Ermənistan Müdafiə Nazirinin 2023-cü il tarixli planına istinad edilib, Ermənistan müdafiə nazirinin dekabr ayında Yunanıstana rəsmi səfəri zamanı əldə edilən razılaşmaların icra prosesi müzakirə edilib.

Səfir Mkrtçyan vurğulayıb ki, Yunanıstanın müdafiə nazirinin gələn həftə Ermənistana rəsmi səfəri iki ölkənin hərbi sahədə əməkdaşlığının genişlənməsinə yeni təkan verəcək.
 

Teqlər:

"Yunan\u0131stan MN r\u0259hb\u0259ri Erm\u0259nistana r\u0259smi s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər