Ana səhifə / Dünya / Qəzza zolağında ölənlərin sayı 30200-ə çatıb Qəzza zolağında ölənlərin sayı 30200-ə çatıb 01.03.2024, 23:06 İsrail ordusunun ötən ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayı 30 min 200-ü keçib. "Operativ Media" xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "İsrail qüvvələrinin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində indiyədək 30 228 nəfər həlak olub", - məlumatda deyilir. Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, 71 min 377 fələstinli zərər çəkib. Yalnız son 24 saat ərzində İsrail ordusunun anklavın müxtəlif ərazilərinə hücumları nəticəsində 193 nəfər ölüb, 920 nəfər yaralanıb. Teqlər: "Q\u0259zza zola\u011f\u0131nda \u00f6l\u0259nl\u0259rin say\u0131 30200-\u0259 \u00e7at\u0131b"