Yaponiya son illərdə beynəlxalq təlimlərdə 18 dəfədən çox iştirak edib
2006-cı ildən sonra Yaponiya Özünümüdafiə Qüvvələri beynəlxalq hərbi təlimlərdə iştirakını nəzərəçarpacaq dərəcədə artırıb.
"Operativ Media" "Yomiuri" qəzetinə istinadən xəbər verir ki, göstərilən müddət ərzində belə manevrlərin sayı ən azı 18 dəfə artıb.
Belə ki, Yaponiya 2006-cı ildə 3, 2023-cü ildə 56 ikitərəfli və çoxtərəfli təlimlərdə iştirak edib. Özünümüdafiə qüvvələri ilə digər ölkələrin qoşunları arasında əməkdaşlığın intensivləşməsi, Çinin regionda hərbi fəallığının artması və KXDR-in nüvə raket proqramının inkişafı fonunda baş verir.
Keçən il Yaponiya Özünümüdafiə Qüvvələrinin manevrlərdə əsas tərəfdaşları ABŞ, Cənubi Koreya, Avstraliya, Kanada, Fransa, İndoneziya, Filippin və Sakit Okeandakı ada dövlətləri olub. Bütün təlimlərin yarıdan çoxu taktika və döyüş qabiliyyətinin inkişafına həsr olunub. Təlimlər əsasən dənizdə keçirilib, 12 halda onlar düşmən sualtı qayıqlarının aşkarlanmasına həsr olunub.
Teqlər:
"Yaponiya son ill\u0259rd\u0259 beyn\u0259lxalq t\u0259liml\u0259rd\u0259 18 d\u0259f\u0259d\u0259n \u00e7ox i\u015ftirak edib"