Menyu

HƏMAS: İsrail tələbləri qəbul edərsə, Qəzzada 24-48 saat ərzində atəşkəs əldə oluna bilər

HƏMAS: İsrail tələbləri qəbul edərsə, Qəzzada 24-48 saat ərzində atəşkəs əldə oluna bilər

"İsrail davam edən danışıqlarda Fələstin qrupunun tələblərini qəbul edərsə, Qəzzada atəşkəs 24-48 saat ərzində əldə oluna bilər".

"Operativ Media" xəbər verir ki, bunu HƏMAS-ın yüksək səviyyəli rəsmisi AFP-yə bildirib.

"İsrail HƏMAS-ın məcburi köçkün düşən fələstinlilərin Qəzzanın şimalına qayıtması və humanitar yardımın artırılması da daxil olmaqla tələbləri ilə razılaşarsa, bu, yaxın 24-48 saat ərzində atəşkəs razılaşmasına zəmin yaradacaq", - qrupun nümayəndəsi agentliyə bildirib. 

Daha əvvəl "Reuters" ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadla bildirmişdi ki, İsrailin razılığı ilə Qəzzada 6 həftəlik atəşkəs tələb edən sazişin çərçivəsi hazırlanır və HƏMAS silahlı qruplaşmasının girovların azad edilməsi ilə bağlı razılığından asılıdır.  

Teqlər:

"H\u018fMAS: \u0130srail t\u0259l\u0259bl\u0259ri q\u0259bul ed\u0259rs\u0259 Q\u0259zzada 24-48 saat \u0259rzind\u0259 at\u0259\u015fk\u0259s \u0259ld\u0259 oluna bil\u0259r"

Əlaqəli Xəbərlər