Menyu

Fidan: Türkiyə Ukraynada atəşkəslə bağlı danışıqların tezliklə başlayacağına ümid edir

Fidan: Türkiyə Ukraynada atəşkəslə bağlı danışıqların tezliklə başlayacağına ümid edir

"Türkiyə Ukraynada atəşkəslə bağlı danışıqların tezliklə başlayacağına ümid edir".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Antalyada keçirilən diplomatik forumdan sonra bildirib.

Fidan Antalyada keçirilən diplomatik forum çərçivəsində cümə günü rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

O, jurnalistlərin diqqətinə çatdırıb ki, Lavrovla bir sıra məsələləri, o cümlədən Ukrayna məsələsini müzakirə edib.

"Ukrayna məsələsində, fikrimizcə, hər iki tərəf müharibə ilə qalib gələ bilməyəcəkləri həddə çatıb. Hesab edirik ki, atəşkəslə bağlı dialoqa başlamağın vaxtı çatıb", - deyə Fidan bildirib.

Türkiyə xarici işlər nazirinin sözlərinə görə, bu, Rusiya tərəfindən işğalın tanınması demək deyil, suverenlik və atəşkəs məsələləri ayrıca müzakirə olunmalıdır.

Qeyd edək ki, Ankara Ukraynaya hərbi dəstək verib və onun ərazi bütövlüyünü müdafiə edib, eyni zamanda Rusiyaya qarşı sanksiyaların əleyhinədir.

Teqlər:

"Fidan: T\u00fcrkiy\u0259 Ukraynada at\u0259\u015fk\u0259sl\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlar\u0131n tezlikl\u0259 ba\u015flayaca\u011f\u0131na \u00fcmid edir"

Əlaqəli Xəbərlər