Menyu

ABŞ Kosmik Qüvvələri "SpaceX"in rəqiblərini tələsməyə çağırıb

Nərmin Qocamanlı
ABŞ Kosmik Qüvvələri "SpaceX"in rəqiblərini tələsməyə çağırıb
1 dəq oxu

ABŞ Kosmik Qüvvələri "SpaceX"in rəqiblərini tələsməyə çağırıb.

Kosmik Qüvvələrin satınalmalar üzrə katibinin köməkçisi Frank Kalvelli  ULA-nın ("United Launch Alliance") buraxılışlarının sürəti ilə bağlı narahatlığını ifadə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "SpaceNews" xəbər verib.

F.Kalvelli ULA-nın ("United Launch Alliance") yeni “Vulkan” raketinin uğurla buraxılmasını yüksək qiymətləndirib, lakin buraxılışların sürətlənməsinin əhəmiyyətli dərəcədə artırılmalı olduğunu vurğulayıb.

ULA hazırda orta hesabla ildə altı buraxılış həyata keçirir, lakin 2025-ci ilə qədər ayda bir buraxılışa, daha sonra isə ayda iki buraxılışa çatmağı hədəfləyir.

F.Kalvelli bunun ULA üçün böyük bir dəyişiklik olacağını bildirib.

Əlaqəli Xəbərlər