Təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağında təqribən 1 milyon yoluxucu xəstəlik aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qəzza zolağındakı Səhiyyə Nazirliyi bildirib
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bu barədə tədbir görməlidir.
Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra İsrailin Qəzzaya hücumlarının 150 gündür davam etdiyinə diqqət çəkərək deyib:
"Bir milyona yaxın yoluxucu xəstəlik hadisəsi aşkar etdik, lakin müalicə üçün lazımi tibb müəssisələri mövcud deyil. İsrail qəsdən bu epidemiyaların və yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxarır, təsvir olunmaz humanitar və sağlamlıq fəlakətinə səbəb olur".
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 13 min 230-u uşaq, 8 min 860-ı qadın olmaqla 30 min 534 fələstinli həlak olub, 71 min 920 nəfər isə yaralanıb.
Teqlər:
"Q\u0259zzada 1 milyon yoluxucu x\u0259st\u0259lik a\u015fkarlan\u0131b"