Menyu

Türkiyənin hərbi gəmisi Batumi limanında lövbər salıb

Türkiyənin hərbi gəmisi Batumi limanında lövbər salıb

Türkiyənin TCG Yıldırım Freqatı Gürcüstanın Batumi limanında lövbər salıb.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yavuz sinifli TCG Yıldırım freqatı NATO missiyası çərçivəsində Gürcüstan sahil mühafizəsinə təlim vermək üçün səhər saatlarında Batumi limanına gəlib.

Limanda keçirilən qarşılanma mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib, gürcü xalq rəqsləri ifa olunub.

Mərasimdə Türkiyənin Tiflisdəki səfiri Ali Kaan Orbay, Gürcüstan Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, Türkiyənin Batumi baş konsulu Rıza Kağan Yılmaz, Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Sahil Mühafizə İdarəsinin rəisi Ramaz Papidze, Batumi meri Arçil Çikovani və gəmi heyəti iştirak edib.

Teqlər:

"T\u00fcrkiy\u0259nin h\u0259rbi g\u0259misi Batumi liman\u0131nda l\u00f6vb\u0259r sal\u0131b"

Əlaqəli Xəbərlər