Albaniya keçmiş sovet aerodromunu NATO qüvvələrinin yerləşdirilməsi üçün açır
Albaniya Sovet İttifaqı tərəfindən tikilmiş Kucova hərbi aerodromunu NATO hava qüvvələrinin yerləşdirilməsi üçün açıb.
"Operativ Media" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Alyansın sözçüsü Dylan White deyib: "Kucova aviabazasının yenidən qurulması strateji sərmayədir və göstərir ki, biz Qərbi Balkanlarda mövcudluğumuzu gücləndirməyə davam etməliyik".
Aerodrom Albaniyanın paytaxtından 80 km aralıda yerləşir, yenidənqurma xərcləri 50 milyon avro təşkil edib.
Albaniyanın baş naziri Edi Ramadan aviabazanın açılmasını Rusiyadan qaynaqlandığı iddia edilən "təhlükə" ilə əlaqələndirib. "Albania Daily News" informasiya portalının məlumatına görə, aerodrom helikopterləri, hərbi pilotsuz təyyarələri və NATO Hərbi Hava Qüvvələrinin təyyarələrini yerləşdirmək üçün istifadə olunacaq.
Kucova aviabazasının yenidən qurulmasına 2019-cu ildə başlanılıb. İşlər zamanı idarəetmə qüllələri, uçuş-enmə zolaqları və anqarlar modernləşdirilib. Bu, Təhlükəsizlik İnvestisiya Proqramı vasitəsilə maliyyələşdirilən NATO-nun son on ildə Albaniyada həyata keçirdiyi ən böyük layihəsidir.
Teqlər:
"Albaniya ke\u00e7mi\u015f sovet aerodromunu NATO q\u00fcvv\u0259l\u0259rinin yerl\u0259\u015fdirilm\u0259si \u00fc\u00e7\u00fcn a\u00e7\u0131r"