Brüsseldə konsert salonunda terror aktının qarşısı alınıb
"Belçikada həftəsonu Brüsseldə konsert zalında terror aktı planlaşdıran 4 ekstremist həbs edilib".
"Operativ Media" xəbər verir ki, bu barədə krallığın prokurorluğu məlumat yayıb.
"Belçika polisi Brüsseldə keçən həftəsonu həbs edilmiş dörd şübhəlinin konsert zalında terror aktı törətməyi planlaşdırdığını öyrənib. Cəhdin qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi", - prokurorluğun bəyanatında deyilir.
Qeyd edək ki, bazar günü Belçika polisi terror aktına hazırlıqla bağlı aparılan istintaq çərçivəsində biri azyaşlı olmaqla 4 nəfərin həbs edildiyini açıqlayıb.
Teqlər:
"Br\u00fcsseld\u0259 konsert salonunda terror akt\u0131n\u0131n qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"