Menyu

Bayden Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb

Bayden Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb

ABŞ prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların müddətini bir il uzadıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Qeyd edilib ki, söhbət Rusiya Federasiyasına qarşı 21 fevral 2022-ci il, 20 sentyabr 2018-ci ildə Donald Trampın əvvəlki administrasiyası və martın 6-da ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyası tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən gedir. Sənəddə qeyd edildiyi kimi, Bayden bütün bu sanksiyaların "6 mart 2024-cü ildən sonra qüvvədə qalması" qənaətinə gəlib.

Bayden brifinqdə deyib: "Bu icra sərəncamlarında göstərilən hərəkətlər və siyasətlər ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaratmağa davam edir. Buna görə də mən 13660 saylı Sərəncamla elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram".

Teqlər:

"Bayden Rusiyaya qar\u015f\u0131 t\u0259tbiq edil\u0259n sanksiyalar\u0131 bir il m\u00fcdd\u0259tin\u0259 uzad\u0131b"

Əlaqəli Xəbərlər