Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır
Nərmin Qocamanlı
Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Federal Kosmik Agentliyinin prezidenti Yuri Borisov deyib.
O, Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.
"Çinli həmkarlarımızla 2033-2035-ci illərdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk", - deyə Borisov qeyd edib.
Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə tikilməli olacaq.
Xatırladaq ki, Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.
Teqlər:
"Rusiya v\u0259 \u00c7in Aya n\u00fcv\u0259 enerji bloku yerl\u0259\u015fdirm\u0259yi planla\u015fd\u0131r\u0131r"