Menyu

Reuters: Martın 7-8-də Hakan Fidanın ABŞ-yə səfəri baş tutacaq

Reuters: Martın 7-8-də Hakan Fidanın ABŞ-yə səfəri baş tutacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 7-8-də ABŞ-yə səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbəsinə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, XİN rəhbəri ABŞ-nin dövlət katibi Antoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşəcək. Agentliyin yazdığına görə, səfər zamanı Fidan amerikalı həmkarları ilə Qəzza zolağı və Ukraynadakı vəziyyəti, həmçinin ikitərəfli gündəmdəki məsələləri, o cümlədən Türkiyənin müdafiə sənayesinə sanksiyalar, F-16 qırıcılarının satışı ilə bağlı məsələləri müzakirə edəcək. 

Türkiyənin xarici işlər naziri qarşıdan gələn səfəri Antalya Diplomatik Forumunun bağlanışında açıqlayıb, lakin konkret tarixlər açıqlamayıb. O qeyd edib ki, səfərin məqsədi ikitərəfli strateji mexanizm çərçivəsində işləmək olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər