Menyu

KİV: Vasitəçilər danışıqlar zamanı İsrail və HƏMAS-a atəşkəs elan etməyi təklif ediblər

KİV: Vasitəçilər danışıqlar zamanı İsrail və HƏMAS-a atəşkəs elan etməyi təklif ediblər

Amerikalı və ərəb vasitəçilər İsrail və HƏMAS hərəkatı arasında danışıqlar müddətində Qəzza zolağında döyüşlərdə qısamüddətli humanitar fasilə elan etməyi təklif ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə "The Wall Street Journal" Misir rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, vasitəçilər bir neçə günlük atəşkəs elan etməyi təklif edirlər. Qəzetin mənbələrinin qeyd etdiyi kimi, belə bir fasilə İsrail və HƏMAS-ın razılaşmaya ciddi yanaşdığını göstərə bilər.

Nəşrin qeyd edir ki, hələlik hər hansı razılığa gəlmək mümkün olmasa da, danışıqlar davam edir.

Bir müddət əvvəl HƏMAS rəhbərliyinin üzvü Bassem Naim Qəzza ilə bağlı mümkün yeni razılaşma ilə bağlı qeyd edib: "Hər şey İsrail və ABŞ-nin əlindədir".

Qeyd edək ki, Fələstin anklavında atəşkəsə dair Qahirədə danışıqlar martın 3-dən aparılır. İsrail nümayəndə heyəti məsləhətləşmələrin bu raundunda iştirak etmir.

Teqlər:

"K\u0130V: Vasit\u0259\u00e7il\u0259r dan\u0131\u015f\u0131qlar zaman\u0131 \u0130srail v\u0259 H\u018fMAS-a at\u0259\u015fk\u0259s elan etm\u0259yi t\u0259klif edibl\u0259r"

Əlaqəli Xəbərlər