Menyu

Latviya beş il ərzində şərq sərhədlərini möhkəmləndirmək üçün 303 milyon avro xərcləyəcək

Latviya beş il ərzində şərq sərhədlərini möhkəmləndirmək üçün 303 milyon avro xərcləyəcək

Latviya hakimiyyəti üç Baltikyanı ölkə arasında birgə "müdafiə xətti" yaratmaq üçün qarşıdakı beş il ərzində şərq sərhədinin möhkəmləndirilməsinə 303 milyon avro xərcləyəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds məlumat verib.

"Şərq sərhədinin mühafizəsi planı təsdiq edilib. Bu planın həyata keçirilməsi üçün beş il ərzində 303 milyon avro nəzərdə tutulub", - o, "X"də yazıb.

"Delfi" portalı qeyd edib ki, bu vəsait Rusiya və Belarusla bütün sərhəd boyunca müdafiə mövqelərinin, müxtəlif maneələrin, tank əleyhinə xəndəklərin, silah-sursat anbarlarının tikintisinə sərf olunacaq. Nəşrin sözlərinə görə, mart ayından müdafiə xəttinin tikintisi ilə bağlı işlərə başlanacaq.

Yanvarın 19-da Estoniya Müdafiə Nazirliyi bildirib ki, Baltikyanı ölkələr Rusiya ilə sərhəddə "müdafiə xətti" yaratmaq barədə razılığa gəliblər. Respublika Müdafiə Nazirliyi aydınlaşdırıb ki, müxtəlif müdafiə strukturlarından ibarət müdafiə zonasının yaradılmasında məqsəd hərbi təhlükədən qorunmaq və lazım gələrsə, müdafiə olunmaq olacaq.

Teqlər:

"Latviya be\u015f il \u0259rzind\u0259 \u015f\u0259rq s\u0259rh\u0259dl\u0259rini m\u00f6hk\u0259ml\u0259ndirm\u0259k \u00fc\u00e7\u00fcn 303 milyon avro x\u0259rcl\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər